Masazırda ölüm dirəkləri- FOTOLAR

Abşeron rayonu, Masazır qəsəbəsi Yeni yaşayış massıvi Sarı Aşıq küçəsinin sakinləri ölümlə üz-üzə qalıblar. Belə ki, yaşayəş massivindəki işıq dirəkləri hər an yolun ortasına aşa bilər. Bu barədə AzNews.az-ın əməkdaşına məlumat verən sakinlər deyiblər ki, sözügedən məsələ ilə bağlı bütün aiadiyyatı qurumlara, o cümlədən Xırdalan işıq idarəsi, Abşeron icra hakimiyyəti, Mazazır icra nümayəndəliyi cavab vermədiyi üçün 199 Qəza Xidməti – "Bakıelektrikşəbəkə" ASC-yə ediblər. Ancaq indiyə kimi bu dirəklərə sahib çıxan tapılmır:

"Bir neçə gün də keçsə, burda faciə yaşanacaq. Bu işıq dirəyinə kimsə sahib çıxmır. Bu dirək bir ildir qəzalı vəziyyətdədi, amma son 20 gündə tam təhlükəli vəziyyətə düşüb".
Məsələni diqqətdə saxlayacağıq.

İntiqam Valehoğlu
AzNews.az
image description image description image description image description