Gecə klubunun qarşısında qətl

Nəsimi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gecə "Koral" gecə klubunun qarşısında qeydə alınıb. Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Vüsal İlham oğlu Abdullayev naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Baş vermiş hadisə ilə bağlı əməliyyat qrupu yaradılıb.

Hazırda hadisəni törədən şəxs və şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

AzNews.az