Sərhədçilər 1 tondan çox çətənə kolunu məhv etdilər

Sərhədçilər Şəkidə 1350 kq çətənə kolunu məhv ediblər.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AzNews.az-a bildiriblər ki, DSX-nin hərbi qulluqçuları tərəfindən sərhədboyu zonalarda keçirilən rejim tədbirləri çərçivəsində iyulun 24-də Şəki rayonu Öryət kəndi ərazisində hündürlüyü 1,20-1,70 metr olan 2120 ədəd ümumi çəkisi 1350 kq yabanı halda bitmiş narkotik xassəli çətənə kolları aşkar olunaraq müvafiq qaydada məhv edilib.

AzNews.az