İsraildə daha 16 min nəfər orduya çağırıldı

İsrail ordusu daha 16 min nəfəri səfərbər edib.

APA-nın "Frans Press"ə istinadən verdiyi məlumata görə, bununla da Qəzza bölgəsindəki əməliyyatda iştirak edən əsgərlərin sayı 86 min nəfərə çatdırılıb.

İsrail ordusunun nümayəndələri bildiriblər ki, 16 min nəfərin səfərbərliyi haqqında qərar Qəzzadakı əməliyyatda iştirak edən edən əsgərlərin istirahət imkanlarını artıracaq.

AzNews.az