“20 Yanvar“da ticarət obyektləri sökülür -FOTOLAR

Bakı Metropoliteninin "20 Yanvar" stansiyasının keçidindəki ticarət obyektlərinin söküntüsünə start verilib. Milli.az xəbər verir ki, stansiyanın əsas giriş-çıxışının qarşısında olan obyektlər sökülür. Obyekt sahibləri isə əlacsızlıqdan əllərində olan malları dəyər-dəyməzinə satmaq qərarına gəliblər. Onlar "əvvəlki" obyektlərinin qarşısında dayanaraq öz mallarını əllərində satmalı olublar.

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin nəzdində olan ticarət departamenti ilə əlaqə saxladıq. Departamentdən verilən məlumata görə, obyektlər bir neçə günə tamamilə yığışdırılacaq.

"Əslində söküntü işləri bir neçə gün öncədən başlamalı idi. Ancaq Ramazan bayramı ilə əlaqədar camaatı həmin gün çörəkpulundan etmək istəmədik. Gözlədik ki, bayram qurtarandan sonra obyektlərin söküntüsünə start verək.

Obyektləri sökülən sakinlərin harada və necə işləməklərinə artıq biz cavabdeh deyilik. Stansiyanın girişindən çıxışınacan olan ərazidəki bütün obyektlər söküləcək. Gündüz insanların çoxluğundan sıxlıq olur deyə söküntü işləri gecə vaxtı olur. Ona görə də işlərimiz, ola bilsin, bir az ləngisin, ancaq ən geci sabaha qurtararıq".

Obyekt sahibləri isə bildirdilər ki, əllərində olan mallar batmasın deyə onları dəyər-dəyməzə öz obyektlərinin qarşısında satmaq məcburiyyətindədirlər.

AzNews.az
image description image description image description image description image description image description