Argentina iflasa uğradı – 1,3 milyard borc

Argentina hökuməti iqtisadiyyatının iflasa uğraması təhlükəsi ilə qarşı-qarşıya qaldığını bəyan edib.

AzNews.az-ın məlumatına görə, Argentinadan 1,3 milyard dollarlıq borcun geri istəyən kreditorlarla aparılan danışıqlar müsbət nəticə verməyib.

Danışıqlar Argentinanın iqtisadiyyat naziri ilə kreditorlar arasında Nyu-York şəhərində aparılıb.

Hökumət borcun yenidən hesablanması və faizlərin ödənilməsində fasilə verilməsini istəyib.

Aydan Axundova
AzNews.az