İŞİD-dən İstanbulda cihada çağırış- ŞOK VİDEO

Türkiyədə "İŞİD"ə yaxınlığı ilə seçilən "Tevhid" jurnalı İstanbulda Ramazan bayramı münasibətilə mərasim təşkil edib.

AzNews.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, İstanbulun Ömerli ərazisində yerləşən, meşə zolağında açıq havada keçirilən mərasimdə "İŞİD lideri Bağdadiyə biət çıxışları edilib.

Terrorçu Əl-Nusrə təşkilatının da təbliğ olunduğu tədbirdə müsəlmanlar cihada çağırılıb.

İddialara görə, məclisdə Suriyaya və İraqa gedəcək "İŞİD" silahlıları da olub.



İntiqam Valehoğlu
AzNews.az