Yasamalda qarşıdurma - Nazirliyin əkdiyi ağacların yerində bina “bitdi” (Foto)

Bakının Yasamal rayonunda sakinlərin etirazı nəticəsində inşası dayandırılan obyektin tikintisinə yenidən start verilib.

Fevralın 13-də AzNews.az adıçəkilən ərazidə - Yasamal rayonu, Yeni Yasamal 2, ev 1 ünvanında 9 mərtəbəli binanın qarşısında inşa işlərinin aparılması üçün ərazinin hasara alındığına dair məlumat yaymışdı.
Məlumatda bildirilmişdi ki, qeyd olunan ünvanda inşa edilməsi nəzərdə tutulan tikinti prosesi zamanı qaydalar pozulub. Binanın bloku ilə inşası yeni başlayan ərazi arasında 6 metr məsafə var. Həmçinin, ərazidə xeyli ağac kəsilib. Ağaclar kəsilən yerdə tikinti aparılmasına cəhd olunsa da sakinlərin səyi nəticəsində müvafiq qurumların müdaxiləsindən sonra icazə verilməyib.

Şikayətdən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ərazidə yenidən ağaclar əkib.

Ramazan bayramında qeyri-iş günlərindən istifadə edən tikinti şirkəti isə yenidən sözügedən ərzidə işə başlayıb.

ETSN-nin əməkdaşlarının əkdiyi ağaclar yerindən çıxarılıb, ərazidə özül qazılır və yerə şebel daşlar tökülür.

Sakinlər deyib ki, etiraz etsələr də Yasamal rayon Polis İdarəsinin əməkdaşları buna imkan verməyib: "Polisin müdaxiləsi nəticəsində, aksiya dağıdıldı və bir qurup sakin polisə aparıldı".

Sakinlər bildirib ki, tikinti şirkəti obyektin inşası üçün lazım olan sənədlərə malik deyil.

Vətəndaşlar yenidən müvafiq qurumlara şikayyət etmək qərarına gəldiklərini də söyləyiblər.

Artıq vətəndaşlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) ağacların kəsilməsinə yenidən başlanması ilə bağlı şikayət ediblər.





AzNews.az
image description image description image description image description image description image description image description image description image description image description