Qayalıqda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi

Qəbələ rayonu, Durca kəndində 1 nəfər köməksiz vəziyyətdə qalıb.

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbər görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş təxminən 300 metr hündürlüyü olan qayalıq əraziyə çıxıb və köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə vətəndaşı oradan endirib və aidiyyatı üzrə təhvil verib. Əməliyyat saat 20:00-da başa çatıb.

AzNews.az