Hindistanda yer sürüşməsi nəticəsində ölənlərin sayı 41-ə çatıb

Hindistanın Maharaştra ştatında baş vermiş yer sürüşməsi nəticəsində ölənlərin sayı 41-ə çatıb.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 30 nəfərin öldüyü bildirilirdi.

Yerin altında daha 100 nəfərin qalması ehtimalı var, qismən 40 ev dağılıb.

Bildirilir ki, hadisəyə səbəb regionda müşahidə olunan şiddətli yağışlardır.

AzNews.az