“Xəzər”dən şəhidlərimizə hörmətsizliklə bağlı biabırçı – AÇIQLAMA (FOTO)

"Şəhidlərimizlə bağlı rəsmi açıqlama verilib?"

Məlum olduğu 9 əsgərimizin şəhid olduğu bir gündə telekanallarımızın hər birində çal-çağırdı, əyləncəli verilişlər, musiqili proqramlar yayımlanır.
Bu baxımdan "öndə gedən" "Xəzər" televiziyasının mövqeyini öyrənməyə çalışdıq.

Telekanalın sözçüsü Aqşin Kamal AzNews.az-a açıqlamasında musiqili verilişlərinin proqramdan çıxarılmamasını Müdafiə Nazirliyinin məsələ ilə bağlı rəsmi açıqlama verməməsilə əlaqələndirib. Onun sualımıza verdiyi cavabı olduğu kimi diqqətinizə çatdırırıq: "Bu barədə rəsmi açıqlama verilib? Nə vaxt verilib rəsmi açıqlama? Mən idi işdə deyiləm. Dəqiq məlumatım yoxdur. Öyrənib sizinlə əlaqə saxlayaram".

Qeyd edək ki, ordumuz ötən gecə şəhid versə də, telekanallarda, o cümlədən "Xəzər"də şou və əyləncə xarakterli verilişlərin yayımı davam etidirilir. Bu dəqiqələrdə "Bizim gün" verilişi efirdədir.

İntiqam Valehoğlu
AzNews.az

image description image description image description