- Köhnə - Cəmiyyət
- 1 Avqust 2014 12:40
- 4 281
Müğənni bu gün efirə çıxdığına görə üzr istədi
"Qafqazinfo"ya açıqlamasında ifaçı əsgərlərimizin şəhid olmasından xəbərsiz olduğunu bildirib:
"Səhər telekanala getdim, əsgərlərimizin şəhid olmasından xəbərsiz idim. Heç kim bizə heç nə demədi. Evə gəldim uşaqlarım dedi ki, 8 şəhid vermişik. Mən Azərbaycan xalqından üzr istəyirəm. O qədər qansız deyiləm ki, şəhid verdiyimiz halda televiziyaya çıxıb qol açıb oynayım. Hər zaman vətən mövzularında həssas olmuşam, əsgərlərimiz üçün təşkil edilən tədbirlərdə canla-başla iştirak etmişəm. Səmimiyyətimə inanın, mənim xəbərim olmayıb."
AzNews.az