İyulda suda boğulanların sayını açıqladı – Statistika

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTTYS) iyul ayı ərzində 34 nəfərin suda boğulması ilə bağlı müraciət daxil olub.
Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidovanın AzNews.az-a deyib ki, müraciət edənlərdən 13-ü dünyasını dəyişib, 13-ü isə xəstəxanaya çatdırılıb, 8-ə isə yerində yardım göstərilib.

Bunlardan 26-sı kişi, 8-i isə qadın olub.

Z. Vahidova bildirib ki, boğulanlardan 3-ü uşaqdır.

Dənizdə boğulma halları əsasən Abşeron yarmadasının Mərdəkan, Şüvəlan, Buzovna, Zuğulba, Pirşağı, Bilgəh, Nardaran, Türkan, Hövsan, Novxanı çimərliklərində, o cümlədən göl və digər su hövzələrində baş verib.

AzNews.az