Goranboy sakini qayadan yıxılaraq öldü

Goranboy sakini qayadan yıxılması nəticəsində ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, iyulun 31-i saat 19 radələrində Goranboy rayonunun Yuxarı Ballıqaya kəndində faciə baş verib. Rayon sakini Taleh Əliyev kənd ərazisindəki qayadan yıxılıb və xəstəxanaya aparılarkən yolda ölüb.

AzNews.az