Azərbaycanda yas içində konsert - RƏZALƏT

Azərbaycanın 8 hərbçinin ölüm xəbəri ilə sarsıldığı bir vaxtda Türkiyənin məşhur müğənnisi Doğuş Bakıda konsert verəcək.

Konsert proqramı sabah "Panoramic Restaurant Music Hall"da baş tutacaq. Hər bir vətəndaşın matəm ab-havasında olması görünür restoran rəhbərliyinin və konsertin təşkilatçını narahat etmir. Odur ki, təşkilatçılar konserti təxirə salmaq niyyətində deyillər.

AzVision.az məsələ ilə bağlı "Panoramic Restaurant Music Hall"un adminstratoru ilə əlaqə saxlayıb. Restorandan bildiriblər ki, Doğuşun konserti təxirə salınmayacaq, nəzərdə tutulduğu kimi təmtəraqlı şəkildə keçiriləcək:

"Konsert təxirə salınmayacaq. Əgər dövlət səviyyəsində matəm elan olunsa, o zaman təxirə salına bilər. Yox matəm elan olunmasa, o zaman buna rəhbərlik qərar verə bilər",-deyə restorandan əlavə ediblər.

AzNews.az