“Səhhətim normaldır, özümü də yaxşı hiss edirəm”. “Səhhətim normaldır, özümü də yaxşı hiss edirəm”.

Xəstəxanaya düşən Xalq artistinə danışmaq qadağası qoyuldu - Açıqlama

“Səhhətim normaldır, özümü də yaxşı hiss edirəm”.



Bunu AzNews.az-a açıqlamasında dünən gücə xəstəxanaya yerləşdirilən Xalq artisti Rauf Babayev bildirib.

O, sənət yoldaşlarından, həmkarlarından yanına gəlməməyi xahiş edib: "Dünəndən xəstəxanadayam. Yanıma saysız-hesabsız insanlar gəlir. Həkimlər də mənə danışmamaq qadağası qoyub. O üzdən sənət yoldaşlarımı qəbul edə bilmirəm. Məcburam ki, onlar gələndə qəbul edəm. Amma səhhətim buna yol vermir. Bu üzdən onlardan xahiş edirəm ki, bir müddət yanıma gəlməsinlər. İnşallah sağalaram, evdə onların hər birini qəbul edərəm".

Qeyd edək ki, xalq artisti, "Qaya" qrupunun bədii rəhbəri Rauf Babayevin səhhətində ciddi problem yaranıb. O, dünən axşam yüksək təzyiq diaqnozu ilə Kardiologiya İnstitutuna yerləşdirilib.

Bahar Rüstəmli
AzNews.az