Monako dünya üzrə ən çox milyonçuların yaşadığı ölkə hesab edilir. Monako dünya üzrə ən çox milyonçuların yaşadığı ölkə hesab edilir.

Bu ölkədə hər 3-cü şəxs milyonçudur

Monako dünya üzrə ən çox milyonçuların yaşadığı ölkə hesab edilir.



anspress-in məlumatına görə, Sürix, Cenevrə, Nyu-York, Frankurt və London şəhərləri bu siyahıda sonrakı yerləri tuturlar. Monakoda gəzinti zamanı milyonçu ilə görüşmək tamamiylə real haldır. Statistikaya əsasən burada hər üçüncü sakin milyonçudur. Hər kvadrat metrdə olan varlıların sayı hətta böyük maliyyə paytaxtları olan Sürix, Cenevrə və Nyu-Yorku belə ötür. Paris bu siyahıda 20-ci yerdə qərarlaşıb.

Ekspertlər bəyan ediblər ki, bu qədər milyonçunun bir yerdə olması təsadüfi hal deyil. İmkanlılar onlar üçün maksimal əlverişli maliyyə şəraiti olan ölkəni axtarırlar. Ekspertlər hesab edirlər ki, ölkənin əlverişli dövlət vergi siyasətini və xüsusi coğrafi mövqeyi insanların oraya toplanmasına imkan verir.

AzNews.az