Honduraslı xanım millət vəkillərinə tətbiq edilən qadağa etiraza səbəb olub. Honduraslı xanım millət vəkillərinə tətbiq edilən qadağa etiraza səbəb olub.

Xanım deputatlara qadağa

Honduraslı xanım millət vəkillərinə tətbiq edilən qadağa etiraza səbəb olub.


anspress-in məlumatına görə, mərkəzi Amerika ölkələrindən olan Hondurasda hökumət xanım millət vəkillərinə və digər vəzifəlilərə mini ətək, dar şalvar, sinəsi açıq bluz, şəffaf, eləcə də çox rəngli əlbisələr və dikdaban ayaqqabılar qadağan edilib. Göstərilən bu qadağalar siyahısı xanım millət vəkillərini özündən çıxarıb.

Yeni qanun layihəsi sentyabrın 1-dən etibarən tətbiq olunacaq. Ümumilikdə, 128 millət vəkilinin yer aldığı Honduras parlamentində 24 xanım deputat var.

Xanım millət vəkillərindən biri, eyni zamanda keçmiş model olan Kritza Perez hökumətin ölkə problemlərini bir kənara qoyaraq, qadınların necə geyinməsi barədə qərar çıxarmasını gülünc qarşılayıb.

AzNews.az