Xərçəng xəstəliyinin müalicəsi tapıldı

Britaniya alimləri qızılın köməyi ilə bədxassəli şişlərin məhv edilməsi üzrə texnologiya işləyib hazırlayıblar.

ANS PRESS-in məlumatına görə, bu barədə BBC radiostansiyası xəbər yayıb.

Xəbərdə deyilir: "Kembric Universiteti kollektivinin nanomühəndisliyin köməyi ilə yaratdığı qızıl və sisplatin dərmanının qarışığı onkoloji xəstələrin müalicəsi üçün geniş tətbiq olunur".

Bu kompozit maddə xərçəngin zədələdiyi zonaya yeridilir. Sonra müvafiq toxumalar zəif radiasiya təsirinə məruz qalır. Nəticədə qızılın ayırdığı elektron bədxassəli hüceyrələrin qoruyucu DNT-ni dağıdır. Nəticədə sisplatin işə düşərək zədələnmiş hüceyrələri məhv edir.
Sisplatin də platindən törəmədir.

Tədqiqatların rəhbərlərindən biri olan Mark Velland deyib: "Biz laboratoriya şəraitində bədxassəli şişi tamamilə məhv edə bildik və onun təkrar əmələ gəlməsinə imkan vermədik. Qızıl son dərəcə mühüm elementdir, belə ki, o, insan orqanizmi üçün neytraldır və eyni zamanda nanosəviyyədə asanlıqla təsirə məruz qalır".

AzNews.az