Ötən gün Azərbaycanda daha bir əsgər dünyasını dəyişib. Ötən gün Azərbaycanda daha bir əsgər dünyasını dəyişib.

Məzuniyyətə gələn əsgər Nabranda boğuldu

Ötən gün Azərbaycanda daha bir əsgər dünyasını dəyişib.


Hadisə axşam saat 20:10 radələrində Nabranda baş verib.

Belə ki, "Batabat" istirahət mərkəzi ərazisindəki çimərlikdə çimən 1996-cı il təvəlüldlü Əliağa Gəray oğlu Əliyev dənizdə çimərkən batıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Onun meyidi batdığı yerdən təxminən 3 kilometr aralıqda tapılıb.

Qeyd edək ki, Əliağa Əliyev Quba rayon sakinidir. O, Ağdam rayonunda yerləşən N saylı hərbi hissədə qulluq edirdi. Qulluq etdiyi həqiqi hərbi xidmətdən 5 günlük məzuniyyətə gəlibmiş.

Fakt Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsi tərəfindən anspress-in bölgə müxbirinə təsdiqlənib.

AzNews.az