“Sərdar Cəlaloğlunun bütün çıxışları müxalifətə qarşı yönəlib. Belə halın baş verməsinə çox təəssüf edirik”. “Sərdar Cəlaloğlunun bütün çıxışları müxalifətə qarşı yönəlib. Belə halın baş verməsinə çox təəssüf edirik”.

Milli Şuradan Sərdar Cəlaloğluna ağır - İTTİHAMLAR

“Sərdar Cəlaloğlunun bütün çıxışları müxalifətə qarşı yönəlib. Belə halın baş verməsinə çox təəssüf edirik”.



Bunu AzNews.az-a açıqlamasında Milli Şuranın Hüquq Komissiyasının sədri Vidadi Mirkamal deyib.

O bildirib ki, özünü demokrat hesab edən ADP sədri Sərdar Cəlaloğlunun nədənsə iqtidara qarşı heç bir çıxışı gözə dəymir: "Ölkədə iqtidara qarşı müxalif olanların həbslərı artıb. Belə bir vaxtda hakimiyyəti ittiham edib, bu hərəkətləri pisləməkdənsə, Sərdar Cəlaloğlu müxalifətdə olan hər hansı bir tərpənişi ələ salır. Əslində belə etməli deyil. Əgər bu açıqlamalar Sərdar bəyə xeyir gətirirsə, qoy danışsın".

V. Mirkamal onu da bildirib ki, KXCP və Müsavat partiyasının ideyası ilə yaradılan Birləşmiş Hüquq Müdafiə Komitəsinin gördükləri ümumi işin yalnız xeyrinə olacaq.

Qeyd edək ki, ADP sədri Sərdar Cəlaloğlu mətbuata açıqlamasında Milli Şura sədri Cəmil Həsənlinin rəhbərlik etdiyi hüquq müdafiə komitəsinin işini əla salıb: "Yoxsa, gözüm atır ki, mən Cəmil Həsənli ilə birlikdə gedib kimisə müdafiə edim? Bəlkə Cəmil Həsənlinin imzası elə bir gücə malikdir ki, o, imza atandan sonra dərhal İntiqam Əliyevi buraxacaqlar? Sən özünü nə hesab edirsən axı? Onların işlərinə baxıram, gülməyim gəlir".

Bahar Rüstəmli
AzNews.az