Azərbaycanda 4 nəfərin suda boğularaq ölməsi faktı qeydə alınıb. Azərbaycanda 4 nəfərin suda boğularaq ölməsi faktı qeydə alınıb.

Son iki gündə 4 nəfər suda boğuldu

Azərbaycanda 4 nəfərin suda boğularaq ölməsi faktı qeydə alınıb.



AzNews.az DİN-in saytına istinadən xəbər verir ki, avqustun 17-də Bakı şəhər sakini Elşad Alməmmədov Pirşağı çimərliyində, avqustun 18-də Bərdə rayon sakini Miryaqub Qarazadə Ağcabədi rayonunun Qaravəlli kəndində Yuxarı Qarabağ kanalında çimərkən, Quba rayonunun Qaraçay kənd sakini Həzrət Səlimov kənddəki göldə çimərkən, Quba şəhər sakini Əliağa Əliyev Xaçmaz rayonu Muxtadır qəsəbəsində dənizdə çimərkən suda boğulub.

Onların meyitləri çıxarılıb.

AzNews.az