Son sutka ərzində Ukraynanın cənub-şərqində gedən döyüşlərdə rusiyameyilli separatçılar tərəfindən 1 hərbçi öldürülüb, 28 nəfər yaralanıb. Son sutka ərzində Ukraynanın cənub-şərqində gedən döyüşlərdə rusiyameyilli separatçılar tərəfindən 1 hərbçi öldürülüb, 28 nəfər yaralanıb.

Terrorçuların Rusiyaya qaçmasına imkan verilmədi

Son sutka ərzində Ukraynanın cənub-şərqində gedən döyüşlərdə rusiyameyilli separatçılar tərəfindən 1 hərbçi öldürülüb, 28 nəfər yaralanıb.



AzNews.az-ın məlumatına görə, bunu brifinqdə açıqlamasında Ukrayna Təhlükəsizlik və Müdafiə Xidmətinin İnformasiya Mərkəzinin rəhbəri Andrey Lısenko deyib.

Məlumatda o da qeyd olunub ki, Luqansk vilayəti Derkulsk rayonu ərazisində Ukrayna sərhədçiləri ilə separatçılar arasında silahlı toqquşma olub. Terrorçular Ukrayna sərhəddini qanunsuz keçərək, Rusiyaya sığınmaq istəyiblər. Sərhədçilər isə buna imkan verməyiblər.

Xəbərdə bildirilib ki, terrorçular sübutları məhv etmək üçün mülki şəxslərdən canlı sədd kimi istifadə edirlər.

Antiterror Əməliyyatları Mərkəzindən isə verilən məlumata görə, separatçılar Luqansk şəhərində onların yaxınlığından keçən istənilən avtomobili və şəxsi atəşə tuturlar.

Separatçılar ötən gün qətlə yetirilən mülki şəxslərin meyitlərinin ərazidən çıxarılması və yaralılara kömək edilməsinə də imkan vermirlər.

Ərazidə işləyən jurnalistlər, tibb işçiləri və mülki müdafiə birləşmələrinin əməkdaşları xəbərdarlıq edilmədən separatçılar tərəfindən atəşə tutulur.

Xatırladaq ki, ötən gün Luqanskın Xryaşevatoye rayonunda separatçılar şəhərdən çıxmaq istəyən mülki əhalini atəşə tutublar. Nəticədə çoxlu sayda insan həlak olub.



Məhəmməd
AzNews.az