Müdafiə nazirləri hərbi hissədə- Fotolar

Bu gün Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Gürcüstanın Müdafiə naziri cənab İrakli Alasaniya və Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmaz Naxçıvan qalasını, Nuh Peyğəmbərin məzarını, duz mağarasını, Möminə Xatun türbəsini, Xan Sarayını, Xalça Muzeyini ziyarət ediblər.

Qafqazinfo" xəbər verir ki, sonra hər üç ölkənin Müdafiə naziri Əlahiddə Ümumqoşun Ordusunun N saylı hərbi hissəsinə gedərək şəxsi heyət üçün yaradılmış şəraitlə tanış olublar.

Bununla da Türkiyə Respublikası və Gürcüstanın Müdafiə nazirlərinin ölkəmizə rəsmi səfəri başa çatıb.

AzNews.az

image description image description image description image description