Nazirin vətəndaşlarla görüşünün vaxtı dəyişdirildi

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun Göygöl şəhərində vətəndaşlarla görüşünün tarixi dəyişdirilib. Nazirliyin mətbuat xidmətindən AzNews.az-a verilən xəbərə görə, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun Göygöl şəhərində Göygöl, Daşkəsən, Goranboy rayonlarında və Naftalan şəhərində yaşayan vətəndaşlarla 29 avqust tarixində nəzərdə tutulmuş görüşü cari ilin 21 avqust tarixinə dəyişdirilib. Görüş saat 10:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, nazirliyin 168 nömrəli "Qaynar xətt"i, həmçinin Göygöl Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə əlaqə saxlaya bilərlər.

AzNews.az