Merkel Türkiyəni dinləmələrindən danışdı

Latviyanın Kənd Təsərrüfatı naziri Laymdota Strauyuma ilə görüşən Almaniya kansleri Angela Merkel Federal Kəşfiyyat Bürosunun (BND) Türkiyəyə qarşı dinləmə və monitorinq fəaliyyəti ilə bağlı iddialara cavab verib.


Axar.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Merkel Almaniya kəşfiyyatının gördüyü işlər barədə məlumat verə bilməyəcəyini deyib:

"Almaniyadakı kəşfiyyat işləri haqqında ictimaiyyət qarşısında məlumat vermirəm. Lazımlı olan nə varsa, Federal Məclis Parlamentə Nəzarət Komitəsində müzakirə edilər. Əgər ehtiyac olarsa, bu barədə məlumat verilər".

Daha sonra Merkel dinləmə mövzusunda ABŞ-ın əli olmadığını bildirərək bunları deyib:

"Biz təhlükəsizlik və eyni zamanda məlumatlarla necə davranacağımız mövzusunda fərqli görüşə sahibik. Bu fərqliliklərin davam edəcəyini düşünürəm".