Türkiyənin Van bölgəsində PKK yaraqlıları hərbçilərə silahlı basqın edib. Türkiyənin Van bölgəsində PKK yaraqlıları hərbçilərə silahlı basqın edib.

PKK Türkiyəyə qarşı yenə fəallaşdı - Bir türk zabiti şəhid oldu

Türkiyənin Van bölgəsində PKK yaraqlıları hərbçilərə silahlı basqın edib.


AzNews.az-ın məlumatına görə, bölgənin Saray rayonu ərazisində sərhəd bölgədə xidmət aparan hərbçilər PKK yaraqlıları tərəfindən pusquya salınıb.

İriçaplı silahlardan açılan atəş nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 1 leytenant şəhid olub, 1 əsgər isə yaralanıb.
Hadisə Türkiyə-İran sərhədi yaxınlığındakı Yamanyurt kəndi ərazisində baş verib.

Ərazidə irimiqyaslı əməliyyat başlanılıb.

Məhəmməd
AzNews.az