Bakıda mənzildən meyit tapılıb



AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfərin bağlı qapı arxasında qalması barədə məlumat daxil olub.

Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, 1965-ci il təvəllüdlü Fikrət Ənvər oğlu Zamanov mənzilin giriş qapısının dəfələrlə döyülməsinə və uzun müddətli telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər çoxmərtəbəli yaşayış binasının qonşu mənzilinin eyvanından təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə 7-ci mərtəbədə yerləşən mənzilinə eyvandan daxil olublar. Xilasedicilər mənzilə baxış keçirərkən F.Zamanovu huşsuz vəziyyətdə aşkar edərək hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil veriblər.

Həkimlər tərəfindən aparılmış ilkin tibbi müayinə zamanı F. Zamanovun vəfat etdiyi müəyyən olunub. Əməliyyat saat 11:55-də başa çatıb.

AzNews.az