""Ebola" virusunun Azərbaycan üçün heç bir qorxusu yoxdur". ""Ebola" virusunun Azərbaycan üçün heç bir qorxusu yoxdur".

Ölkə üçün “Ebola“ qorxusu

""Ebola" virusunun Azərbaycan üçün heç bir qorxusu yoxdur".



Bu sözləri anspress-ə açıqlamasında Dövlət Baytarlıq Xidmətinin mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli deyib.

O bildirib ki, Azərbaycanın Afrika ölkələri ilə heç bir iqtisadi əlaqələri yoxdur:

"Azərbaycana Afrikadan zoopark üçün heyvanlar gətirilmir. Eyni zamanda kəsilmiş heyvanları da Afrikadan almırıq. Məhz buna görə ölkəyə gətirilən heyvanlarda "Ebola" virusu təhlükəsindən söhbət gedə bilməz", - deyə Yolçu Xanvəli söyləyib.

Qeyd edək ki, ilk olaraq 1976-cı ildə Konqoda görülən və adı Afrikadaki bir göldən götürülən "Ebola" virusü ishal, qanama, dəri töküntüləri və yüksək bədən temperaturu əlamətləri ilə ortaya çıxır. Virus ən çox Konqo, Uqanda və Cənubi Sudan ölkələrində yayılıb.

Müalicəsi və peyvəndi olmayan virus, xəstədən sağlam insana asanlıqla keçir. Heyvanların da daşıyıcı olduğu bu təhlükəli virus, daha çox şimpanze, qorilla və meymunlarda aşkarlanır.

AzNews.az