“Rövşən Almuradlı bir daha tibbi müayinədən keçdi. Həkimlər ona bəzi qadağalar qoydu”. “Rövşən Almuradlı bir daha tibbi müayinədən keçdi. Həkimlər ona bəzi qadağalar qoydu”.

“Həkimlər bəzi qadağalar qoydu” – Nurəddin Mehdixanlı

“Rövşən Almuradlı bir daha tibbi müayinədən keçdi. Həkimlər ona bəzi qadağalar qoydu”.



Bunu AzNews.az-a açıqlamasında rejissorun yaxın dostu, Xalq artisti Nurəddin Mehdixanlı deyib.

O bildirib ki. R. Almuradlının infarktdan sonra ürəyində iki yerdə çat yaranıb: "Təkrar müayindən sonra bir sıra təlimatlar verildi. Rövşən bəy fevrala qədər ev şəraitində müalicə olunacaq, ona qəti şəkildə əsəbləşmək olmaz. Şükür Allaha ki, cərrahi əməliyyata ehtiyac olmadı. Fevralda yenidən yoxlamadan keçəcək. İndi yaxşıdır. Sabahdan isə gəzməyə icazə verilir".

N. Mehdixanlı R.Almuradlını təkrar müayinə və müalicə təyin edən Mərkəzi Klinik Xəstəxananın həkimlərinə təşəkür edib: "Mən Rövşən Almuradlının və öz adımdan əməyi keçən həkimlərə dərin təşəkkürümü bildirirəm".



Bahar Rüstəmli
AzNews.az