İsveçrə səfirliyi Emin Hüseynov mövzusunda susur

ABŞ-ın Bakıdakı səfirliyində sığınacaq tapması ilə bağlı yayılan xəbərlərdən sonra Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitunun Sədri, Emin Hüseynovun indi də İsveçrə səfirliyində gizləndiyi deyilir.


Bununla bağlı "Qafqazinfo"ya daxil olan xəbərdə deyilir ki , E.Hüseynov dünən gecə ABŞ səfirliyindən çıxaraq İsveçrə səfirliyinə aparılıb. Məlumatda qeyd olunur ki, ABŞ səfirliyində gizlənməsi barədə bir sıra KİV orqanlarında məlumat yayıldıqdan sonra səfirliyin bu barədə rəsmi təkzib verməsindən sonra Emin Hüseynovun başqa bir xarici səfirliyə köçürülməsi qərara alınıb.

Belə ki, ötən gün gecə saatlarında ABŞ səfirliyinin xahişi ilə Emin Hüseynovu İsveçrənin Bakıdakı səfirliyinə aparıldığı deyilir.

Hadisə ilə bağlı məlumat əldə etmək üçün gün ərzində İsveçrə səfirliyinin mətbuat xidməti ilə əlaqə saxlasaq da, ancaq günün ikinci yarısında mətbuat xidməti xəbəri nə təsdiq, nə də təkzib edərək səfirliyin bu barədə heç bir şərh vermək istəmədiyini bildirib.

AzNews.az