Bakıda baş verən yol qəzasında xəsarət almış sürücü ölüb. Bakıda baş verən yol qəzasında xəsarət almış sürücü ölüb.

Bakıda baş verən yol qəzasında ayağını itirən əlil sürücü ölüb - Foto+Video (YENİLƏNİB)

Bakıda baş verən yol qəzasında xəsarət almış sürücü ölüb.


Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1961-ci il təvəllüdlü Rasim Quliyev aldığı ağır bədən xəsarətlərindən Klinik Tibbi Mərkəzdə vəfat edib.



***
08:59

Paytaxtın Binəqədi rayonunda ağır yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə Bakı-Şamaxı yolunun Sulutəpə qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

İkinci qrup əlil, 53 yaşlı Rasim Quliyev idarə etdiyi "VAZ -2109" markalı avtomobillə Şamaxıdan paytaxt istiqamətində yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yol ayrıcına çırpıb.

Zərbə güclü olduğundan avtomobil yol ayrıcını aşıraraq yolun əks istiqamətinə düşüb. Baş verən qəzadan sonra sürücü Rasim Quliyev bir ayağını itirib. Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunublar. Yaralı 1 saylı şəhər kliniki xəstəxanasına aparılıb. Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti kafi qiymətləndirilir. İlkin ehtimala görə, qəzanın baş verməsinə yüksək sürət səbəb olub. Faktla bağlı araşdırma aparılır.



AzNews.az
image description image description image description image description image description image description