“Hafka”nın oğlunun dəbdəbəli həyatı- Video+Fotolar

Son günlər ölkə mətbuatında məmur övladlarının dəbdəbəli həyatını əks etdirən müxtəlif videolar və materiallar yayımlanır. Xüsusən Nəqliyyat naziri Ziya Məmmədovun yaxın çevrəsində olan şəxslərin bu cür videoları daha çoxluq təşkil edir.


Təkcə Nəqliyyat Naziri deyil ona yaxınlığı ilə bilinən iş adamı Hafiz Məmmədovun da övladları ilə bağlı son günlər müxtəlif məlumatlar yayımlanır.

Bu ilin iyun ayında"Hafka"nın oğlu Kənan Məmmədovun "Galendevagen" markalı avtomobilinin paytaxt ərazisində saxlanılması ilə bağlı məlumat yayımlanmışdır. Buna səbəb isə avtomobildə qadağan olunmuş səs siqnalının və xorultulu səs çıxaran qurğunun olması idi.

Ötən gün isə Hafiz Məmmədovun evinin qarşısında bir müddət bundan öncə axtarışda olan 10 MM 010 dövlət nömrə nişanlı "Porche" markalı avtomobilin fotoları yayımlanıb. Maraqlı olan məqam isə sözügedən dövlət nömrə nişanının bu dəfə "Mercedes Benz SLS AMG" markalı avtomobilin üstündə olmasıdır.



Məsələ ilə bağlı azxeber.com portalı araşdırma aparıb və avtomobilin Hafiz Məmmədovun oğlu Kənan Məmmədova aid olduğunu təsdiqləyib.

Kənan Məmmədov kimdir?

Hafiz Məmmədovun böyük oğlu Kənan Məmmədov bir müddət bundan öncə "Nurgün" Motors şirkətinin sahibinin qızı ilə ailə həyatı qurmuş və müəyyən müddət sonra cütlük ayrılmaq qərarı almışdır.



K.Məmmədovun avtomobillərə olan marağı "Hafka"nın digər oğlu Sənan Məmmədova nisbətən daha çoxdur. Onun sosial şəbəkələrdə olan fotolarından da göründüyü kimi, K.Məmmədov təkcə Azərbaycanda deyil, dünyanın bir çox yerlərində dəyəri yüzminlərlə ölçülən avtomobillər idarə edir.

Onu da qeyd edək ki, "Hafka"nın oğulları Londonda yaşayarkən KANAN-001, SANAN-001 dövlət nişanlı avtomobillər idarə edirmiş.

Həmin fotolardan bəzilərini və K.Məmmədovun Bilgəh qəsəbəsində yerləşən villasında dostları ilə əylənərkən çəkdiyi videonu və onun avtomobillərinin fotolarını təqdim edirik:







azxeber.com