Viza rejimini ləğv edirlər- VİDEO

Bu gün Gürcüstanın baş naziri İrakli Qaribaşvili Ermənistana rəsmi səfərə gedib. İki gün davam edəcək səfər çərçivəsində baş nazirin ermənistanlı həmkarı Ovik Abramyan, həmçinin prezident Serj Sarkisyanla görüşü nəzərdə tutulub.

ANS TV-nin Gürcüstan baş nazirinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşlər zamanı bir sıra iqtisadi və siyasi məsələlər müzakirə olunacaq.

Xüsusilə Gürcüstan və Avropa Birliyi arasında assosasiya sazişi imzalanması və Ermənistanın Gömrük İttifaqına üzvlüyündən sonra yaranan ziddiyyətli məsələlər müzakirə olunacaq.

Əsas həlli gözlənilən məsələ isə Gürcüstanla Ermənistan arasında viza rejiminin aradan qaldırılmasıdır. Sentyabr ayının birindən etibarən iki ölkə arasında gediş-gəlişin vizasız həyata keçirilməsi planlaşdırılır.

Səfər əsnasında İrakli Qaribaşvilinin "erməni soyqırımı" abidəsini də ziyarət edəcəyi deyilir.



AzNews.az