"Bakı-Astara magistral yolunun Cəlilabad rayonu ərazisində yerləşən Göytəpə yol polis postunda sürücülər müxtəlif bəhanələrlə saxlanılaraq, cərimə olunur". "Bakı-Astara magistral yolunun Cəlilabad rayonu ərazisində yerləşən Göytəpə yol polis postunda sürücülər müxtəlif bəhanələrlə saxlanılaraq, cərimə olunur".

DYP-nin Göytəpə postunda kütləvi cərimələr - ŞİKAYƏT

"Bakı-Astara magistral yolunun Cəlilabad rayonu ərazisində yerləşən Göytəpə yol polis postunda sürücülər müxtəlif bəhanələrlə saxlanılaraq, cərimə olunur".



AzNews.az xəbər verir ki, bu barədə Qaynar.info-ya dəfələrlə belə problemlərlə üzləşmiş sürücülər məlumat veriblər.

Onlar bildirirlər ki, yol polisi əməkdaşları sürücülərin sənədlərini yoxlamaq bəhanəsi ilə onları saxlayır, hansısa bəhanə ilə rüşvət tələb edir, istədiklərinə nail ola bilmədikləri təqdirdə sürücüləri böyük məbləğdə cərimə edirlər.

Şikayətçi sürücülərdən biri bildirir ki, avqust ayının 13-də Lerik rayonuna gedərkən belə bir problemlə üzləşib. Həmçinin bir neçə gün sonra - avqustun 17-də yenidən Bakıya dönərkən onu postda saxlayıblar və pul tələb ediblər: "Ayın 13-də Lerik rayonuna gedirdim. Gördüm arxamca yol polis maşını düşüb. Saxladım, nə baş verdiyini soruşdum. Polis əməkdaşı Elton Abdullayev mənə dedi ki, guya "KamAZ" markalı yük maşınını ötmüşəm. Mən isə ümumiyyətlə belə bir halın baş vermədiyini, onun dediyi ərazidə "KamAZ" markalı yük maşını ilə rastlaşmadığımı bildirdim. Sonra dedi ki, sənə əl elədim, niyə maşını saxlamadın? Mən də görmədiyimi dedim. Posta qədər məni müşahidə etdi. Göytəpə postunda maşınımı saxladılar. Tələb elədim ki, qanunu pozduğumu sübut edin. "Radar"a düşmüşəmsə, göstərin.

Onlar bundan imtina etdilər. Sonra postun rəisi mənə yaxınlaşıb problemi "yerindəcə" həll etməyimin mümkün olduğunu dedi. Yəni açıq şəkildə dedilər ki, pul ver, çıx get. Mən də imtina etdim. Bundan sonra protokol tərtib etdilər və 4 bal, həmçinin 80 manat cərimə yazdılar. Protokola isə "Mercedes" markalı maşınını ötdüyümü qeyd etdilər. Mən onlara dedim ki, axı bayaq deyirdiniz "KamAZ"la ötüşmüşəm. Elton adlı həmin polis işçisi dedi ki, biz qarışqadan fil düzəldə bilərik. Artıq mənim deyəcək heç bir sözüm yoxdur, bu postda baş verənlər sadəcə, biabrçılıqdır".

Digər iki sürücü də Elton Abdullayevin dəfələrlə onlara qarşı belə hərəkət etdiyini deyir. Onlar baş verənlərlə bağlı ölkə başçısına və daxili işlər naziri Ramil Usubova müraciət edəcəklərini bildirirlər.

Görünür, vəziyyət o qədər ciddiləşib ki, artıq sürücülər şikayət etmək məcburiyyətində qalıblar.

Yazıda adı çəkilən polis işçisinin də mövqeyini dərc etməyə hazırıq.

Mövzunu diqqətdə saxlayacağıq.

AzNews.az