Bakıda avtobus sürücüləri tətil edir

Bakıda avtobus sürücüləri tətilə başlayıblar.

Bu gün nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus "Transgeyt" şirkətinin tərkibində fəaliyyət göstərən və "Koroğlu" metrostansiyasından Bakının Pirşağı qəsəbəsinə işləyən 173 saylı marşrutun sürücüləri son dayanacağın metronun "Ulduz" stansiyasına dəyişdirilməsinə görə işə çıxmayıblar.

Onlar buna etiraz olaraq tətilə başladıqlarını bildiriblər.

Nəticədə Bakının böyük bir qəsəbəsinin yüzlərlə sakini şəhərə gəlmək imkanından məhrum olub. Pirşağı sakinləri bu duruma etiraz ediblər. Hazırda qəsəbədə sakinlərin etirazları davam edir.

musavat.com
image description