- Köhnə - Kriminal
- 22 Avqust 2014 14:32
- 4 011
Döyülən jurnalistin - Fotoları
Fotolarda qəddarcasına döyülən Naxçıvanda fəaliyyət göstərən jurnalist İlqar Nəsibovdur.
AzNews.az Meydan TV-yə istinadən xəbər verir ki, o avqustun 21-də ofisində döyülüb və onu döyənlərdən birini tanısa da, hələ də hadisə ilə bağlı cinayət işi açılmayıb. Hazırda o reanimasiya şöbəsindədir.
Bu barədə məlumatı hüquq müdafiəçisi Məlahət Nəsibova deyib: "Bədəni və sifəti qan içindədir. Sifəti tamamən tanınmaz haldadır. Həkimlərin ilkin olaraq dediyinə görə İlqarın burun sümüyü, üz nahiyəsində almacıq sümükləri iki tərəfdən sınıb, alın sümüyündə, beyin sümüyündə, sinəsində körpücük sümüyündə çatlar var. Kürək nahiyəsi və ayaqlarında ciddi zədələr var. Gözü görmür".
AzNews.az