Bakının mərkəzi sabah susuz qalacaq

Sabah Bakının iki rayonu susuz qalacaq.

"Azərsu" ASC-nin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonu Bülbül prospektində yol infrastrukturunun yenidən qurulması işləri çərçivəsində ərazidən keçən su və kanalizasiya xətlərinin dəyişdirilməsi ilə əlaqədar 23 avqust, 2014-cü il tarixdə saat 09:00-dan etibarən Nəsimi və Səbayel rayonlarının bir hissəsinə (Bülbül və Azadlıq prospektləri) içməli suyun verilməsi 24 saat müddətində dayandırılacaq.

"Azərsu" ASC yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.

AzNews.az