Leyla Əliyeva rusiyalı tələbələri Azərbaycana çağırdı

Bu günlərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində (MDU) və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBƏİ) təhsil alan rusiyalı tələbələrin böyük bir qrupu Azərbaycana gəlib. Onlar Azərbaycana Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın dəvəti ilə gəliblər.

AzNews.az-ın məlumatına görə, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin mətbuat xidmətində AzərTAc-a bildiriblər ki, avqustun 20-də nümayəndə heyətinin üzvləri Rusiyanın Azərbaycandakı səfirliyində olub, səfir Vladimir Doroxinlə görüşüblər.

Görüşdə "Rossotrudniçestvo" agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov da iştirak edib.

AzNews.az