Aktrisa narkotik qəbul edib, səhnəyə çıxdı - VİDEO

Çantasından xüsusi alət çıxaran aktrisa səhnədə ayaqyalın danışıb.

İnterpress.az xəbər verir ki, Emmi mükafatının təqdimetmə mərasiminə aktrisa Sara Silverman marixuana gətirib. Görünür tədbirdən sonra o, gərginliyini bu yolla azaltmaq istəyib. Ən azından, onun çantasından "ot" çəkmək üçün çubuq çıxıb.

Sara Silverman "Əyləncəli şou üzrə ən yaxşı ssenari" nominasiyasında mükafat alıb. Amma mərasim başlamazdan əvvəl o, bütün diqqətləri özünə cəlb edə bilib. Müsahibə üçün aktrisaya yaxınlaşan müxbir ondan çantasındakı əşyaları göstərməyi xahiş edib.

Sara Silverman böyük həvəslə narkotika çəkmək üçün istifadə olunan çubuğu nümayiş etdirib. Bəziləri isə aktrisanın artıq marixuananın təsiri altında olduğunu deyir. Çünki səhnəyə ayaqyalın çıxan Sara Silverman qəribə nitq söyləyib.

Xatırladaq ki, aktrisa 2013-cü ildə yüngül narkotikaya meylli olduğunu etiraf edib.




AzNews.az