Donetskdə tutulan Rusiya Ordusunun xüsusi təyinatlıları ukraynalı hərbçilərlə dəyişdiriləcək. Donetskdə tutulan Rusiya Ordusunun xüsusi təyinatlıları ukraynalı hərbçilərlə dəyişdiriləcək.

Poroşenko ilə Putin razılaşdı - Əsirlər dəyişdirilir

Donetskdə tutulan Rusiya Ordusunun xüsusi təyinatlıları ukraynalı hərbçilərlə dəyişdiriləcək.


AzNews.az-ın məlumatına görə, Ukrayna Daxili İşlər Nazirliyinin "Donbas" taborunun komandiri Semen Semençenko deyib ki, bununla bağlı razılaşma ən yüksək səviyyədə əldə olunub.

Onun sözlərinə görə, hərbi əsirlərin dəyişdirilməsi prosesi Xarkovda həyata keçiriləcək: "Bir qədər əvvəl ölkə prezidenti Petr Poroşenko ilə danışmışam. O dedi ki, bu barədə razılıq ən yüksək səviyyədə aparılan danışıqlar zamanı əldə olunub. Bir neçə gün ərzində hər iki tərəfdə olan hərbi əsirlər mərhələli şəkildə dəyişdiriləcəklər".

Komandir bildirib ki, artıq ukraynalı hərbi əsirlərin siyahısını tərtib edilməsinə başlanılıb.

Xatırladaq ki, avqustun 25-də dövlət sərhəddini pozaraq Donetsk istiqamətindən Ukraynaya keçən Rusiya Ordusunun xüsusi təyinatlılarının 10 nəfəri hökumət qüvvələri tərəfindən tutulub. Rusiya dövləti desantların yolu azaraq, Ukrayna ərazisinə keçdiyini bildirib.

Məhəmməd
AzNews.az