Latviya Krım tatarlarını müdafiə etməyə çağırıb

Latviya Krım tatarlarını müdafiə etməyə çağırıb.

APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə özünün Twitter səhifəsində Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs yazıb.

"Avropalı həmkarlarımı BMT və ATƏT formatında Krım tatarlarının hüquqlarını müdafiə etməyə çağırdım. Biz bu məsələ ilə bağlı həm Avropa İttifaqı adından, həm də ayrı-ayrı dövlətlər kimi çıxış etməliyik", Rinkeviçs qeyd edib.

AzNews.az