“Qəbələ” doğma meydanında uduzdu

Futbol üzrə Azərbaycan Premyer Liqasında dördüncü turun oyunları keçirilib.

ANS PRESS-in məlumatına görə, növbəti oyun günündə daha iki qarşılaşma baş tutub

"Qəbələ" - AZAL oyununda qolları 45-ci dəqiqədə AZAL-ın oyunçusu Abdullayev penalti zərbəsi ilə vurub. 2-ci qol qəbələlilərin qapısında oyunun 71-ci dəqiqəsində Kərim Diniyevin zərbəsindən sonra görsənib. "Qəbələ"nin təsəlli qolu isə 83-cü dəqiqədə Cavid Hüseynov tərəfindən penalti zərbəsi ilə vurulub.

Xatırladaq ki, AZAL-ın oyunçusu Eduardo Makiel 90-cı dəqiqədə qırmızı vərəqə alıb.

Bakı vaxtı ilə saat 20:00-da başlayan "Sumqayıt" – "Araz Naxçıvan" matçı isə 1:0 hesabı ilə yerli komandanın xeyrinə qurtarıb.

Qol: Kiyan Sultanpur, 23 (1:0)

Qeyd edək ki, 53-cü dəqiqədə "Sumqayıt"ın oyunçusu Hüseynov başının üzərində qırmızı vərəqə görüb.

AzNews.az