Azyaşlı uşaq xilas edildi

Azərbaycanda azyaşlı uşaq xilas edilib.

ANS PRESS-in məlumatına görə, hadisə Pirallahı rayonunda baş verib.

Belə ki, giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Xilasedicilər ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pəncərəsinin dəmir barmaqlıqlarını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə kəsərək mənzilə daxil olublar.

Mənzildə nəzarətsiz qalmış uşağı xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

AzNews.az