Mafiya lideri qızıl tabutda basdırıldı

İrlandiyada evinin qarşısında öldürülən 45 yaşlı mafiya lideri "gombul" Endi Kanors Dublində torpağa tapşırılıb.


AzNews.az milliyet.com.tr-yə istinadən xəbər verir ki, o, 25 min funt- sterlinq dəyəri olan tabutda son mənzilə yola salınıb.

3 milyon sterlinq malikanəsiylə dillərə düşən Kanorsun öz ortağı və ya rəqib mafiya dəstəyi tərəfindən qətlə yetirldiyi deyilir.

Onun cənazə mərasimi də hansısa bir gərginlik yaşanmasın deyə təhlükəsizlik qaydalarına əməl olunmaqla keçirilib.



AzNews.az