Modern.az xəbər portalının 5 yaşı tamam olub Modern.az xəbər portalının 5 yaşı tamam olub

Modern.az-ın 5-i

Modern.az xəbər portalının 5 yaşı tamam olub

. 2009-cu il sentyabrın 1-dən onlayn xəbər saytı kimi fəaliyyətə başlayan Modern.az ötən 5 il müddətində özünəməxsus imic formalaşdırmağı bacarıb.

Saytın fərqli təqdimatları, layihələri, müxtəlif janrlarda maraqlı materiallar dərc etməsi, Azərbaycanda baş verən hadisələrə qərəzsiz, obyektiv yanaşması, bitərəf mövqeyi oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanır.

Modern.az yeni nəfəsli bir media quruluşu olaraq beş il müddətində təkcə Azərbaycanda deyil, ölkə xaricində yaşayan soydaşlarımız tərəfindən də izlənilən xəbər saytına çevrilə bilib. Sayta ünvanlanan məktublar, şərhlər, müraciətlər belə deməyə əsas verir.

AzNews.az-ın kollektivi olaraq həmkarlarımızı təbrik edirik.

Saytın baş redaktoru, tanınmış jurnalist Elşad Eyvazlının bu xoş günlə bağlı AzNews.az-a merdiyi müsahibə ilə BURADAN tanış ola bilərsiz.