Bakı Teatrı Polşada reallaşacaq beynəlxalq səviyyəli proqramda iştirak edəcək. Bakı Teatrı Polşada reallaşacaq beynəlxalq səviyyəli proqramda iştirak edəcək.

Uşaq Teatrı Vişeqrad Akademiyasına qatıldı

Bakı Teatrı Polşada reallaşacaq beynəlxalq səviyyəli proqramda iştirak edəcək.


Bakı Uşaq Teatrının mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, qurumun əməkdaşı, ssenarist Arzu Soltanın iştirak edəcəyi tədbir Polşanın Krakov şəhərinədə keçiriləcək.

Burada teatrın nümayəndəsi mədəniyyət sahəsində İdarəetmə üzrə Vişeqrad Akademiyasının tədbirlərinə qatılacaq.

Məlumatda o da qeyd olunub ki, mədəniyyət sahəsində İdarəetmə üzrə Vişeqrad Akademiyası (The Visegrad Academy of Cultural Management (VACuM) bu sahədə çalışan mütəxəssislər üçün təşkil olunan uzunmüddətli təlim proqramıdır.

Proqrama Polşa, Çexiya, Macarıstan, Slovakiya və Avropa Şərq Tərəfdaşlığı ölkələrində bu sahədə çalışan mütəxəssislər dəvət olunub. Proqram mədəniyyət siyasəti və idarəetmə sahəsində bilik və bacarıqların, eləcə də professional imkanların və idarəetmə bacarıqlarının inkişafına yönəlib. Məqsəd həmçinin iştirakçının öz ölkəsində islahat proseslərinin hazırlanmasında fəal rol oynamağa, yenilikçi və səmərəli üsullarından istifadə etməyə cəlb etməkdir.
Arzu Soltan tədbirdə Bakı Uşaq Teatrının həyata keçirdiyi müxtəlif layihələrlə bağlı çıxış edəcək, maraqlı ideyalar və yeni əməkdaşlıq təklifləri ilə bağlı danışıqlar aparacaq.

Bahar
AzNews.az