Xalq artisti, tanınmış diktor Rafiq Hüseynov Türkiyədədir. Xalq artisti, tanınmış diktor Rafiq Hüseynov Türkiyədədir.

“Bilmirəm nə olacaq” - Xalq artisti yenidən Türkiyədə

Xalq artisti, tanınmış diktor Rafiq Hüseynov Türkiyədədir.


Bu barədə AzNews.az-a xalq artistinin özü məlumat verib. Onun sözlərinə görə, bu səfərdə məqsəd yenidən müayinədən keçməkdir: "Dünən gəlmişəm. Özümü yaxşı hiss edirəm. Amma bilmirəm nə olacaq. Çünki bir azdan müayinəmin nəticələri deyiləcək. Görək də.... Allahdan ümid kəsilməz".

Xatırladaq ki, R.Hüseynov ağ ciyər xərçəngi xəstəliyindən əziyyət çəkir. O, bu xəstəliklə əlaqədar Türkiyədə əməliyyat olunub.

Bahar Rüstəmli
AzNews.az