Rusiya Federasiyasının Həştərxan şəhərində mərhum prezident Heydər Əliyevin Rusiya Federasiyasının Həştərxan şəhərində mərhum prezident Heydər Əliyevin

Heydər Əliyevin adını daşıyan Həştərxandakı məktəbdə - “Bilik günü” (Foto)

Rusiya Federasiyasının Həştərxan şəhərində mərhum prezident Heydər Əliyevin

adını daşıyan 11 saylı orta ümumtəhsil məktəbində 1 sentyabr – "Bilik günü" ilə əlaqədar silsilə tədbirlər keçirilib.
AzNews.az xəbər verir ki, əvvəlcə Həştərxan şəhərinin mərkəzində yerləşən Heydər Əliyev adına parkda təntənəli mərasim təşkil olunub. Mərasimdən öncə tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyublar. Həştərxan vilayətinin Beynəlxalq və xarici iqtisadi əlaqələr naziri D.Afanasyev, Ümumrusiya Azərbaycanlı Konqresinin Həştərxan bölməsinin sədri Ə.Hüseynov, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndəsi, Həştərxan şəhər rəsmilərinin, Həştərxandakı Azərbaycan diasporu nümayəndələrinin, məktəbin müəllim-şagird kollektivi və valideynlərin qatıldığı tədbirdə şagirdlərin ifasında bədii kompozisiya nümayiş etdirilib.
11 saylı məktəbdə yeni tədris ilinin ilk dərsləri Heydər Əliyevin ömür yolu və fəaliyyətinə həsr olunub, şagirdlərə onun həyat və fəaliyyəti barədə geniş məlumat verilərək, maraqlı videoçarx, eksponatlar, foto və kitablar nümayiş etdirilib. Dərslərdə Azərbaycan nümayəndə heyəti də iştirak edib və şagirdlərə Heydər Əliyev Fondunun adından hədiyyələr təqdim olunub.
Qeyd edək ki, yeni tədris ili ərəfəsində sözügedən məktəbdə Azərbaycan tərəfindən cari təmir işləri aparılıb, ətraf ərazi abadlaşdırılıb, məktəbin tədris prosesinə hazırlıq vəziyyəti yoxlanılıb.
Eyni zamanda, Həştərxan şəhərində Heydər Əliyev adına 11 saylı məktəbin nəzdində Heydər Əliyev Fondu tərəfindən orijinal layihə əsasında və müasir memarlıq üslubunda yeni uşaq bağçasının inşası yekunlaşmaq üzrədir, hal-hazırda son tamamlama işləri aparılır və cari ilin sentyabr ayının sonunda açılışı planlaşdırılır.