“Qarabağ müharibəsi. Qısa tarix” kitabı fars dilində çap edildi

01 sentyabr 2014. QAT sədri Akif Nağının "Qarabağ müharibəsi. Qısa tarix" kitabı Təbrizdə fars dilində çapdan çıxıb. Kitabı Təbriz Universitetinin prorektoru, tarix elmləri doktoru, professor Məhəmmədəli Pərğu və Universitetin elmi əməkdaşı Qafar Abdullahi tərcümə ediblər.

QAT mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, kitabın İran Universitetlərində əlavə dərs vəsaiti kimi istifadə olunması nəzərdə tutulur. Kitab Təbriz Universitetinin mətbəəsində çap olunub. Kitabda Qarabağın ən qədim dövrdən bu günə qədərki tarixi qısa şəkildə əks olunur, Qarabağın bütün dövrlərdə yalnız Azərbaycana məxsus olduğu, burada yalnız türk, müsəlman əhalinin yaşadığı, digər etnosların buraya çox-çox sonralar gətirildiyi konkret faktlarla göstərilib. Kitabda Qarabağ müharibəsinin gedişi ardıcıllıqla izlənilib, Qarabağ həqiqətləri əks etdirilib, erməni vəhşiliklərinə dair faktlar diqqətə çatdırlıb, Qarabağ müharibəsinin xronologiyası verilib.

AzNews.az